Azərbaycanda 38 əcnəbi saxlanılıb

Azərbaycanda 38 əcnəbi saxlanılıb

Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycanın Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.


Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən məlumata görə, 9-14 iyul tarixlərində Xidmət tərəfindən Bakı və Sumqayıt şəhərlərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 38 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.


Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə