Balakən RİH: Qanunsuz torpaq zəbt edən sakin hakimiyyət orqanlarına böhtan atır
Son günlər bəzi kütləvi informasiya vasitələrində "Balakəndə rüşvət haqqı bir ailəni məhv etdi" başlığı ilə yazı dərc olunub. Həmin yazılarda Balakən rayonunda 72 yaşlı Gəncəliyev Murtuz Hüseyin oğlunun 7 nəfər ailə üzvü ilə birlikdə küçəyə atıldığı qeyd olunur və bu məsələdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin və YAP Balakən rayon təşkilatının sədri, RİHB-nın I müavini Azad Balayevin təqsirkar olduğu ehtimalı irəli sürülür.
SİA-nın bölgə müxbiri məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən münasibət öyrənib. Oradan bildiriblər ki, əslində bu şər və böhtandan başqa bir şey deyildir və bu işin hər iki vəzifəli şəxsə heç bir aidiyyatı yoxdur.
Çünki, hələ 5 il bundan əvvəl, 18 sentyabr 2007-ci il tarixdə Balakən rayon məhkəməsi tərəfindən qətnamə qəbul olunub. Həmin qətnamədən aydın olur ki, Balakən Bələdiyyəsinin sərəncamı əsasında Səyavuş Babayevə və Firuddin Babayevə (hərəsinə 0.06 ha həyətyanı torpaq sahəsi olmaqla) alqı satqı yolu ilə verilmiş torpaq sahəsi Balakən rayonunun Hənifə kənd sakini Gəncəliyev Murtuz Hüseyin oğlu tərəfindən zəbt edilmiş və qanunsuz olaraq tikililər tikib.
Balakən rayon məhkəməsinin qətnaməsi ilə razılaşmayan Murtuz Gəncəliyev 19 mart 2008-ci il tarixdə Şəki Apellyasiya məhkəməsinə müraciət edib. Şəki Apellyasiya məhkəməsi də faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Qanunsuz torpaq sahəsini zəbt edən Murtuz Gəncəliyevə dəfələrlə hər iki məhkəmənin qətnaməsinə əməl etməyə və həmin yeri tərk etməsi təklif olunub. Murtuz Gəncəliyevin zəbt etdiyi ərazidən çıxarılması ilə əlaqədar rayon məhkəməsinin icraçılar qrupu tərəfindən məhkəmə qərarı qismən icra edilib. Lakin bu günə qədər Murtuz Gəncəliyev həmin yerdə yaşamaqda davam edir və respublikanın yuxarı təşkilatlarına böhtan dolu şikayətlər göndərməklə məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB