Avropa Birliyinin "Gənclər Fəaliyyətdə" proqramı bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinə bir sıra imtiyazlar verməsi haqqında rəsmi qərar verib. SİA-nın xəbərinə görə, qərara əsasən bundan sonra Mərkəzin Mingəçevir Ofisi regionda rəsmi qaydada Avropa ölkələrindən olan gənc könüllülərin qəbulunu və həmin ölkələrə yerli gənclərimizin göndərilməsini həyata keçirəcək.
Mərkəzin beynəlxalq əlaqələr bölməsindən verilən məlumata əsasən bir il bundan öncə ilk olaraq, Bakıda yerləşən ofis bu imtiyazlara malik oldu. Bu vaxtadək qeyd olunan mübadilələr pərakəndə şəkildə həyata keçirilirdi və istənilən təşkilat bu proqramlarda iştirak edə bilərdi. Lakin ötən ildən etibarən Avropa Birliyinin qoyduğu yeni qaydalara əsasən qeyd olunan mübadilələr yalnız QHT-lər akkreditasiya edildikdən sonra həyata keçirilə bilər. Təbii ki, akkreditasiyadan keçmək də özü-özlüyündə QHT-lər üçün çox çətin və ciddi prosesdir.
Qeyd edək ki, bir neçə ay bundan öncə proqramın ekspertləri Mingəçevirə səfər etməklə ofisin akkreditasiyasını həyata keçirərək, onun potensialını dəyərləndirmiş və əməkdaşlıq imkanlarının müəyyənləşdirmişdir.
Mərkəzin Regional Ofisinin bu proqramla əməkdaşlıq etməyində məqsəd Azərbaycanın regionlarından olan gənclərin beynəlxalq gənclik layihələrində təmsil olunma imkanlarının genişləndirilməsi və ölkəmizin əcnəbi gənclərə daha yaxından tanıdılmasını təmin etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB