Ramazanda Kəbəyə 5,5 milyon müsəlman Ümrə ziyarətinə gedəcək

Ramazanda Kəbəyə 5,5 milyon müsəlman Ümrə ziyarətinə gedəcək

Artıq Ramazan bayramına sayılı günlər qaldığı üçün Səuiyyə Ərəbistanda müsəlmanların iki müqəddəs məkanı olan Məkkə və Mədinədə uzun müddətdir davam edən Ramazan ayına olan hazırlıqlar sona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 5,5 milliyon insan Ramazan bayramında Ümrə ziyarəti üçün bu ölkəyə gələcək. Səudiyyə Ərəbistanı, Körfəz ölkələri müsəlmanları və ilk Ümrə vizalarını alan müsəlmanlar Kəbəyə axın edəcək.

Ümrə ziyarətinə gələnlərin əksəriyyəti əvvəl Mədinədə peyğəmbər(s.ə.v)-in dəfn olunduğu Məscidi-Nəbəvini, daha sonra isə Kəbənin digər müqəddəs məkanlarını ziyarət edəcək.

Qeyd edək ki, hazırda Kəbədə 2000 işçi ilə bərabər əlavə 900 işçi də həmçinin təmizlik işlərində işləyəcək. Kəbədə müqəddəs ibadət məkanları olan Səfa və Mərvədə əlavə kondisionerlər yerləşdiriləcək. Mədinədə Məscidi-Nəbəvini ziyarətə gələn zəvvarlar üçün 290 ton zəmzəm 13 min su bidonuna yerləşdirilərək paylanacaq.

Eyni zamanda Məscidi-Nəbəvidə təmizlik işləri üçün 3200 adam ayrılacaq. Hər iki müqəddəs məkanda din nümayəndələri müqəddəs məkanları düzgün qaydada ziyarət etmək üçün ziyarətçiləri məlumatlandırılacaq.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə