“14 iyul 1969-cu ildən başlanan milli intibah dövrü” - FOTO

“14 iyul 1969-cu ildən başlanan milli intibah dövrü” - FOTO

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 43-cü ildönümü Nizami rayonunda qeyd olunub


Nizami rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 43-cü ildönümü münasibətilə "14 iyul 1969-cu ildən başlanan milli intibah dövrü" mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə keçirdiyi tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov 1969-cu il iyulun 14-nün milli tariximizdə yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Qeyd edib ki, 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifə kimi daxil olub, müasir müstəqil ölkəmizin sosial-iqtisadi bazasının bünövrəsi məhz həmin illərdə Ümummilli liderimiz tərəfindən qoyulub.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada yüzlərlə məktəb, xəstəxana, uşaq bağçası, məişət, ticarət, sosial və istehsal obyektləri istifadəyə verilib.

"Müstəqilliyimizin ilk illərində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanı yeni inkişaf yoluna çıxardı" - deyən, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın sürətli inkişafı üçün Ümummilli liderin gördüyü nəhəng işlər, Onun ideyaları, siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil müasir müstəqil dövlətimiz gündən-günə daha da çiçəklənir.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, 220 saylı məktəbin direktoru Almaz Əsgərova və digərləri bütün mənalı ömrünü xalqın maddi rifahının yüksəldilməsinə, dövlətimizin möhkəmləndirilməsinə, qüdrətlənməsinə, müstəqilliyimizin əbədiliyinin və dönməzliyinin bərqərar olmasına həsr etmiş Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, qədirbilən xalqımızın Ulu öndərin əbədiyaşar ideyalarına daim sadiq qalacağından geniş söhbət açıblar.


Tədbirin sonunda rayon təşkilatının fəalları fəxri fərmanla təltif ediliblər.


Bütün xəbərlər Facebook səhifəmizdə