AZAL yeni təyyarəsini gətirdi

Cari ilin sonuna kimi iki ədəd "Boeing-767" yük təyyarəsinin gətirilməsi də nəzərdə tutulub


"Azərbaycan Hava Yoları" yeni "Boeing-767" sərnişin təyyarəsini Bakıya gətirib. SİA-nın verdiyi xəbərə görə, bundan başqa, ilin sonunadək iki ədəd "Boeing-767" yük təyyarələrinin də gətirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, 2011-ci ilin iyunun 2-də artıq bir ədəd "Boeing-767-300ER" AZAL-ın aviaparkına daxil edilib. 2014-cü ildə isə AZAL "Boeing-787 Dreamliner" alacaq ki, bu da daha uzaq məsafələrə, xüsusilə də Cənubi və Şimali Amerikaya, Cənub-Şərqi Asiyaya və dünyanın digər regionlarına reyslər həyata keçirməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə