Bu gün Səbail rayon İcra Hakimiyyətində (İH) Milli QHT Forumu yeni "Əlilllərin və Sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" adlı layihəsini təqdim edib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən İH-nin müavini Eldar Ağayev bildirib ki, əlil vətəndaşlar cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə "Əlilllərin və Sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" layihəsini tədbir iştirakçılarını təqdim edib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilən bütün sosial- iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək verməkdir.
"Layihənin icra müddəti 6 aydır. Layihədən əsasən əlillər, əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları və digər insanlar faydalana biləcəklər. Layihə əsasən Bakı şəhəri və 11 rayonu, Abşeron, Sumqayıt və Mingəçevir üzrə həyata keçiriləcək. Layihə çərçivəsində bukletlər də çap olunacaq",- deyə Milli QHT Forumunun prezidenti əlavə edib.
"Əlilllərin və Sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə icra edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB