Yol nəqliyyat hadisələrinin sayının artması polisi hərəkətə gətirib. SİA-nın Şimal bürosu xəbər verir ki, Nabranda Xaçmaz rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.
Gecə saatlarında baş tutan reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Reyd zamanı polis əməkdaşları 11 sərxoş sürücü barədə protokol tərtib edib. Bu zaman polisin "saxla" əmrinə tabe olmayan sürücülər də olub. Amma polis qanunu pozan şəxsləri qanunun tələblərinə uyğun cəzalandırıb. Qaydanı pozan sürücülərdən birinin sərnişini polise müqavimət göstərdi. Sürücünün yanında sərxoş sərnişin polislərə müqavimət göstərib, polisin paqonunu qoparıb.
Xaçmaz RPŞ-nin DYPB-nin rəisi Əliağa Əsgərbəyli bildirib ki, reyddə 47 nəfərin ümumi qayda pozuntusuna yol verdiyi faktı üzə çıxıb. Bunlardan 12-si sərxoş, 8-i sürət həddini aşma, 37-si ötmə, avtomobilində artıq avadanlıq quraşdırma və digər qayda pozuntuları müşahidə olunub.
Bütün qayda pozuntusuna görə Xaçmaz polisi tərəfindən protokollar tərtib edilib.
Əliağa Əsgərbəyli həmçinin deyib ki, istirahət mövsümü başa çatanadək DYP tərəfindən mütamadi olaraq reydlər keçiriləcək.
Emin Kərimov, Nabran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB