"Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadınların sosial sahədə fəaliyyətinin artırılması- bələdiyyələrdə qadınların rolunun gücləndirilməsi" layihəsini həyata keçirib.
Birliyin sədri Kəmalə Əliyevanın sözlərinə görə, 3 ay ərzində həyata keçirilən layihə Hacıqabul, Nefçala, İmişli, Zərdab, Bərdə rayonlarını əhatə edib: "Layihənin məqsədi yerli büdcənin təhlili və sorğu vasitəsiylə qadınların bələdiyyələrdəki fəaliyyətlərinin səviyyəsini araşdırmaq, gender bərabərliyi sahəsində mövcud problemləri öyrənmək, sosial cəhətdən həssas qrupların məşğulluq məsələlərini araşdırmaq və bunların müzakirəsi, həlli yollarını müəyyən etmək üçün müxtəlif dəyirmi masa, seminarların keçirilməsini təşkil etmək olmuşdur. Birlikdən verilən məlumata görə bu prosesə təcrübəli dövlət və QHT-lərdən qadın ekspertləri, həmçinin yerli könüllülər cəlb olunmuşdur".
Təşkilatın rəhbəri bildirib ki, bu layihə ilə qarşıya qoyulan problemin ictimai və dövlət sektorunda aktuallığını artırmaq və bu sahədə müsbət dəyişikliklərə nail olmaq əsas məqsəd olub: "5 rayon üzrə keçirilən layihədə hər rayon üzrə seminarlar və görüşlər təşkil edilmiş, sosial aktivliyi olan qadınlarla, icra orqanlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bu sahədə onların sıx əlaqələrinin qurmasına dəstək və qadınlara hüquqi məsləhətlər verilmişdir".
K.Əliyeva vurğulayıb ki, layihənin icrası zamanı regionlarda yaşayan və hüquqi yardıma ehtiyacı olan qadınlar müvafiq istiqamətdə maarifləndiriliblər. O, bildirib ki, bu layihə çərçivəsində gender bərabərliyi, qadın hüquqları ilə bağlı məlumat əldə edən iştirakçılar gələcəkdə öz ətrafında bu problemlə üzləşən digər qadınlara da müvafiq yardımçı ola biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB