Bu gün Gəncədə Milli Mətbuatın yaranmasının 137 illiyinə həsr olunmuş konfrans keçirilib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, konfransa Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Bakı və regionlarda fəaliyyət göstərən 70-dək Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri qatılıblar.
Konfrans iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Gəncədə fəaliyyət göstərəcək Gəncə Mətbuat Evinin binasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi binasında keçirilən "Azərbaycan Milli Mətbuatı: Zərdabidən günümüzə" adlı konfransa qatılan tədbir içştirakçıları Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin həyatından, Azərbaycan mətbuatının formalaşmasında olan böyük rolundan danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB