Pakistandakı Taliban rəsmiləri ölkənin şimal-qərbində yerləşən Vəziristanda polimelit vaksinlərdən istifadəni qadağan ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərinə görə, Taliban bu addımı ABŞ-ın hava hücumlarına cavab olaraq atıb.
Hazırda Taliban üzvləri və hökümət arasında bununla əlaqəli danışıqlar gedir. Əgər polimelit peyvəndləşdirilməsinə icazə verilməsə, Şimali Vəziristanda 160 min, Cənubi Vəziristanda isə 80 min uşaq təhlükə altında qalacaq.
Qeyd edək ki, həddindən artıq yoluxucu olan polimelit xəstəliyi daha çox 5 yaşından aşağı uşaqlarda təsadüf edilir və bir neçə saat müddətində onların iflic olmasına səbəb olur. Adətən xəstəlik ölümcül də ola bilər. Polimelit Əfqanıstan, Pakistan və Nigeriyada hələ də geniş yayılıb.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB