Azərbaycanda reklam yayımı üçün yeni qiymətlər müəyyənləşdirilib. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasından SİA-ya verilən məlumata görə, şuranın iyulun 13-də keçirilən iclasında küçə reklamı yayımı tariflərinə baxılıb, bəzi qərarlarına redaktə xarakterli dəyişikliklər edilib. Tarif Şurasının yeni qəbul edilmiş qərarı ilə küçə reklamı sahəsində tariflərin tətbiqinin sadələşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə reklam yayımı kateqoriyalarının sayı 17-dən 5-ə, zonalar üzrə tariflərin sayı 51-dən 15-ə endirilib və bir sıra əmsalların tətbiqi isə ləğv edilib.
Şuranın
qərarına əsasən, Bakı şəhərində küçə reklamının (səyyar və ya stasionar) yayımı
məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər bir kvadrat metr
üçün zonalar üzrə müxtəlif olmaqla yerüstü keçidlərdə, körpü və estakadalarda
16-24 manat, küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında
12-20 manat, damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların
üzərində 8-16 manat, yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və
yanacaqdoldurma pavilyonlarının günlüklərində 6-8 manat, hasarlarda, vitrin və
pəncərələrdə isə 4-6 manat arasında müəyyənləşdirilib. Sumqayıt, Gəncə,
Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər Bakı
şəhəri üçün müəyyən edilmiş tariflərə 0,7, digər regionlar üzrə 0,5 əmsalı
tətbiq edilməklə, sosial reklam tarifləri isə müvafiq küçə reklamı tariflərinə
0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilir.
Yeni
tariflər bu il avqustun 1-dən qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB