\"Yay məktəbi\"ndə fərqlənən gənclər mükafatlandırılıb - FOTOSESSİYA

\"Yay məktəbi\"ndə fərqlənən gənclər mükafatlandırılıb - FOTOSESSİYA

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) partiyanın gənc fəalları üçün təşkil etdiyi "Liderliyə gedən yol\" adlı "Yay məktəbi"nin ikinci turunun 5-ci günündə Oğuz rayonundakı "Arfa" otelində məskunlaşmış gənclər arasında fərqlənənlərin mükafatlandırma mərasimi keçirilib. SİA-nın Oğuz rayonuna ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə qrupun rəhbəri, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək layihə barəsində qısa məlumat verib.

Qrupun rəhbəri YAP-ın gəncləri daim diqqətdə saxladığını, onlara qayğı göstərdiyini, ölkəmizin gələcək idarəçiləri kimi yetişmələrində yaxından iştirak etdiyini bildirib: \"YAP-ın gənc siyasətçilər üçün təşkil etdiyi "Yay məktəbi" partiyamızın gənclərə, gənclər siyasətinə verdiyi önəmin, diqqət və qayğısının bariz nümunəsidir. Artıq "Yay məktəbi"nin ikinci turu başa çatdı. Gənclər 5 gün müddətində həyata keçirilən layihə çərçivəsində xeyli yeniliklərlə tanış olublar və fərqləniblər. Bu qrupdan fərqlənmiş gənclərin bəzilərinə YAP-ın təşkil etdiyi fəxri fərmanlar və qiymətli hədiyyələr veriləcək. Ümumilikdə bu qrup çox savadlı, bacarıqlı və elmli gənclərdən təşkil olunub\".

Daha sonra YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Mərkəzi Ofisin əməkdaşı Həsən Daşdəmirov çıxış edərək "Yay məktəbi"ndə iştirak edən 70 nəfər gəncin özlərinə yeni dostlar tapdıqlarını, biliklərini daha da zənginləşdirdiklərini, yeni gənclərlə tanış olduqlarını qeyd edib. O layihənin önəmliliyindən söz açıb.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov isə çıxış edərək "Yay məktəbi"ni yüksək qiymətləndirib, respublikamızın başqa-başqa rayonlarından gəlmiş gənclərlə partiyanın rayon təşkilatının fəalları ilə görüşlər keçirdiklərini, onlar arasında dostluq münasibətləri yarandığını vurğulayıb. O bundan sonra da Oğuz rayonunda gənclərin yüksək səviyyədə qəbul edəcəklərini bildirib.

Sonra qrupun rəhbəri Bəhruz Quliyev, YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov və YAP GB-nin Mərkəzi Ofisinin əməkdaşı Həsən Daşdəmirlov və GB-nin əməkdaşı Zəkiyyə Musayeva fərqlənən gənclərə mükafatlar təqdim ediblər.

Tədbir konsert proqramı ilə davam etditilib.

Qeyd edək ki, sabah 10:00-da gənclər Bakıya yola düşəcəklər.


Elgün VİDADİOĞLU, Oğuz-Bakı

Bütün xəbərlər Facebook səhifəmizdə