Lerikdə təşkil olunan Yay məktəbinin ikinci turu başa çatdı - FOTOLAR

Lerikdə təşkil olunan Yay məktəbinin ikinci turu başa çatdı - FOTOLAR

Yeni Azərbaycan Partiyasının(YAP) təşkilatçılığı ilə keçirilən YAP-çı gənclər üçün "Liderliyə gedən yol" Yay məktəbinin ikinci turu Lerik rayonunda öz işini yekunlaşdırıb. SİA-nın verdiyi məlumata görə, 5 gün ərzində millət vəkili Sahibə Qafarovanın rəhbərlik etdiyi qrup üzvləri arasında gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar, müzakirə və seminarlar, asudə vaxtlarının səmərəli istifadəsi məqsədi ilə intelektual və digər əyləncəli oyunlar keçirilib.


Sonuncu gün moderator Vüsalə Niftəliyeva tədbiri açıq elan edərək, gənclər arasında "2 fəxr+ 1 təssüf" oyununa start verdi. Gənc fəallar bir-bir söz alaraq həyatlarında indiyə kimi ən çox fəxr və təssüf hissi keçirdiyi məqamları vurğulayıb.


Bundan sonar "İdeya – layihə - Uğurlu nəticə" – Bilik və bacarıqların inkişaf etdirilməsi mövzusunda menecment-trening layihəsi ilə bağlı gənclərə məlumat verən V.Niftəliyeva onlardan verilən mövzular əsasında layinə hazırlayaraq təqdim etməyi xahiş etdi vı bunun üçün onlara müəyyən vaxt verilib. Vüsalə xanım bildirdi ki, hazırlanan layihələr qeydə alınaraq baxılıb qiymətləndirilməsi üçün YAP-ın mərkəzi aparatına göndəriləcək və qalib olan bir layihənin həyata keçirilməsinə başlanılacaq.


Günün ikinci yarısında isə YAP Ağdam Rayon Təşkilatının Gənclər Birliyinin sədri Amil Cavadovun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi həyat və fəaliyyəti haqda hazırladığı slayda baxılıb. A.Cavadov H.Əliyev şəxsiyyəti haqda YAP gənc fəaallar qarşısında çıxış edərək dahi liderin birinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizin qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, o vaxtkı şəraitin çətin olmasına baxmayaraq H.Əliyevin ölkəmizin inkişafı üçün misilsiz xidmətləri olub.


Daha sonra çıxış edən millət vəkili Sahibə Qafarova da dahi liderin həyat və yaradıcılığından danışaraq, onun böyük bir şəxsiyyət olduğunu xususi olaraq qeyd edib.


Sonda isə Yay məktəbində keçirilən və birinci yeri "Eyforiya" kamandasının tutduğu "Kim, harda, necə?" intelektual oyununun birinci, ikinci və üçüncü yerinin qaliblərinnə diplomlar verilib.


Bununla da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbinin ikinci qrupu öz işini Lerik rayonunda proqrama uyğun olaraq sona çatdırıb. Qeyd edək ki, bu il Yay məktəbləri iki rayonda - Lerik və Oğuzda təşkil olunur. Ümumilikdə 600 gəncin bu tədbirlərdə iştirakı edəcəyi gözlənilir. Gənclərdən 200 nəfəri ölkənin ayrı-ayrı regionlardan, kənd rayonlarından, eləcə də Naxçıvan Muxtar Respublikasından, digər 400 nəfəri isə Bakıdan və Sumqayıt şəhərlərindən təmsil olunurlar.


Taleh Bağırov, "İki sahil", Lerik

Bütün xəbərlər Facebook səhifəmizdə