Qənirə Paşayeva Bosniya müsəlmanlarının dini lideri ilə görüşüb - FOTO
17-ci ili tamam olan Srebrenitsa soyqırımı qurbanlarını anma tədbirlərində iştirak etmək üçün Bosniya və Hersoqovinaya gəlidyini deyən millət vəkili Qənirə Paşayeva Mustafa Çeriçə Azərbaycan xalqının başsağlığını çatdırıb və bir daha bu cür cinayətlərin,soyqırımların təkrarlanmamasını dua etdiklərini deyib. "Ermənilər tərəfindən soyqırıma məruz qalmış azərbaycanlılar bosniyalı bacı-qardaşlarını daha yaxşı anlayır" - deyən millət vəkili Xocalı və Srebrenitsa Soyqırımlarını unutmayacaqlarını və unutdurmayacaqlarını bildirib.
Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycanın qardaş ölkə Bosniya və Hersoqovina ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişafına önəm verdiyini bildirdi və rəis-ül-üləmanı Azərbaycana dəvət etdi. Bosniya və Hersoqovina müsəlmanlarının dini lideri, Rəis-ül-üləma Mustafa Çeriçi Azərbaycanda görməkdən bütün azərbaycanlıların məmnun olacağını deyən millət vəkili Azərbaycanla bağlı, ölkənin potensialı, imkanları, əldə etdiyi uğurlar, inkişafı ilə bağlı ona ətraflı məlumat verib.
Azərbaycanı sevdiyini deyən Bosniya və Hersoqovina müsəlmanlarının dini lideri, Rəis-ül-üləma Mustafa Çeriç iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu vurğulayıb. Azərbaycanla bütün sahələrdə, o cümlədən dini qurumlar arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyən rəis-ül-üləma Azərbaycanın dünyada tolerant bir ölkə olaraq tanındığını və bir çox ölkələrə bu sahədə nümunə olduğunu söylədi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB