Keşikçidağ ərazisində sərhədi pozan Gürcüstan vətəndaşları saxlanılıb

Keşikçidağ ərazisində sərhədi pozan Gürcüstan vətəndaşları saxlanılıb

Azərbaycanın Ağstafa rayonunun Keşikçidağ ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstan vətəndaşları saxlanılıb. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 10-u saat 18:08 radələrində Keşikçidağ ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində \"Ford\" markalı, NSM-309 dövlət nömrə nişanlı avtomobildə sərhəd rejimi qaydalarını pozduğuna görə Gürcüstan vətəndaşları Buxaridze Georgi (01.01.1962), Abaladze David (12.06.1969) və Oniani Zaza (19.06.1974) sərhəd naryadı tərəfindən saxlanılıb.


Müvafiq tədbirlər görüldükdən sonra sərhəd rejimi pozucuları Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin gün Gürcüstanın Çitelixidi məntəqəsinin sərhəd nümayəndəliyinə rəsmi qaydada təhvil veriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə