Lerikdə YAP fəalları ilə treninq keçirilib

Lerikdə YAP fəalları ilə treninq keçirilib

Xəbər verildiyi kimi, artıq bir neçə gündür ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Lerik və Oğuz rayonlarında YAP-çı gənclər üçün "Liderliyə gedən yol" gənc siyasətçilər üçün Yay məktəbi layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir.


Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar, müzakirə və seminarlar keçirilir, asudə vaxtlarının səmərəli istifadəsi məqsədi ilə intelektual oyunlar və digər əyləncəli oyunlar keçirilir.


Artıq ənənə halını alan belə tədbirlərə qatılan ikinci partiya dünən Lerik rayonunda dördüncü günü geridə qoydu. İyulun 12-də Yay məktəbinin gənc siyasətçiləri ilə layihənin planına uyğun olaraq "Siyasi partiyaların Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusunda treninq keçirildi.


Millət vəkili Sahibə Qafarovanın da iştirakı ilə keçirilən treninqdə YAP-ın Yasamal Rayon Təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev tədbiri açıq elan edərək bildirdi ki, bugünkü mövzu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Təşkilatının sədr müavini Aytac Əliyevanın hazırladığı bir layihədir. Sonra Bəxtiyar Nəbiyev layihəni təqtim etmək üçün sözü Yasamal Rayon Gənclər Birliyinin sədr müavini Elməddin Əmirova verdi. Təqdimatdan sonra E.Əmirov bildirdi ki, siyasi partiyaların Kütləvi İnformasiya Vasitələri(KİV) ilə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusu siyasi biliklərin artırılması istiqamətində çox aktual mövzu olduğunu bildirdi. "Siyasi partiya nədir?" sualı ilə gənclərə müraciət edən sədr müavini onlardan aldığı cavablardan sonra siyasi partiyaların digər təşkilatlardan fərqini izah edərək siyasi partiyaların ideologiyasını və bu ideologiyanın KİV-lər tərəfindən cəmiyyətə çatdırılmasından söz açdı: "KİV-lərlə siyasi partiyaların əməkdaşlığı onların qarşılıqlı siyasi maraqları əsasında həyata keçirilir. KİV-lər həm siyasi partiyaların maraqlarından çıxış edir, həm də sərbəst olaraq fəaliyyət göstərir. Məlum məsələdir ki, qloballaşmanın kütləvi informasiya vasitələrinin inkişafında böyüük rolu var. Belə ki, partiyaların təbliğat-təşviqat kampaniyasında KİV-in müasir imkanlarından geniş istifadə olunur. Bu mənada sosial şəbəkələri xüsusi ilə qeyd etmək lazımdır. Bu həmçinin KİV-lər arasında ciddi rəqabət yaradır. Azərbaycanda kütləvi informasiya vasitələrinin siyasi partiylara mövqeyi , təbliğat-təşviqat kampaniyasında iştirakı xüsusi olaraq vurğulanır".


Aparılan fikir mübadilələri, müzakirə və sual-cavabdan sonra tədbiri yekunlaşd. Axşam saatlarında isə gənclər Lerik rayonunun maraqlı yerlərinə səfər etdi.


Taleh Bağırov, "İki sahil", Lerik

Bütün xəbərlər Facebook səhifəmizdə