Oğuz RİH: Rayon haqqında yazılan qərəzli yazıların heç bir əsası yoxdur

Oğuz RİH: Rayon haqqında yazılan qərəzli yazıların heç bir əsası yoxdur

Azərbaycanda regionların iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq abadlıq, quruculuq işləri geniş vüsət alıb. Hər bir rayonun şəhər və kəndləri yenidən qurulur. Tikinti meydançaları sakinlərin işlə təminatında da əsas rol oynayır. Buna baxmayaraq ölkədə aparılan geniş quruculuq işlərinə başqa rəng qatanlar da tapılır.

Son günlər bəzi KİV-də Oğuz rayonu haqqında da qərəzli yazılar dərc olunmağa başlayıb. Məsələ ilə bağlı SİA-nın bölgə müxbiri Oğuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Dövlət qurumundan bildiriblər ki,, respublikamızın hər yerində olduğu kimi, Oğuz rayonunda da tikinti-quruculuq işləri uğurla həyata keçirilir. Rayonda "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" (2009-2013-cü illər) çərçivəsində mühüm işlər görülür. Belə ki, rayonun su-kanalizasiya sistemi yenidən qurulur, qazlaşdırma, kəndlərə içməli suyun çəkilməsi, yolların abadlaşdırılması, yeni istirahət mərkəzlərinin açılması, məktəblərin, bağçaların, yeni tikinti obyektlərinin tikilməsi, turizm sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir.


Rayonda görülən böyük tikinti - quruculuq işləri insanların sosial rifah halının yüksəldilməsinə, daimi və mövsümi iş yerlərinin açılmasına, Oğuzun gələcəyinə böyük inamla baxmasına zəmin yaradır.


Rayonda ictimai-siyasi vəziyyət sabitdir, abadlıq, tikinti-quruculuq işləri öz axarı ilə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə