Qənirə Paşayeva Sarayevoda Srebrenitsa Soyqırımının qurbanlarını anma tədbirlərində iştirak edib - FOTOLAR

Qənirə Paşayeva Sarayevoda Srebrenitsa Soyqırımının qurbanlarını anma tədbirlərində iştirak edib - FOTOLAR

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təşkil edilən 17-ci ili tamam olan Srebrenitsa Soyqırımını qınama və qurbanlarını anma tədbirlərində Qənirə Paşayeva da iştirak edib. SİA-nın verdiyi məlumata görə, millət vəkili Srebrenitsa Soyqırımını "insanlığa sığmayan" bir soyqırım kimi dəyərləndirib: "Srebrenitsa Soyqımını qınamaq üçün anım tədbirlərində dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndə heyətləri ilə yanaşı, biz də iştirak edirik. Biz bosniyalı qardaşlarımızın yanında olduğumuzu göstərmək üçün bu anım tədbirlərinə gəldik. Ermənilər tərəfindən soyqırıma məruz qalan azərbaycanlılar bosniyalı bacı-qardaşlarını yaxşı anlayır və onların kədərini, üzüntüsünü bölüşür. Srebrenitsa və Xocalı Soyqırımını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq".


Bütün millətlərin bu soyqırımları qınamalı olduqlarını vurğulayan millət vəkili Qənirə Paşayeva müasir dünyada bu kimi cinayətlərin qarşısının alınması istiqamətində ciddi çalışmaların aparılmasının vacibliyini bildirib.


Bosniya və Herseqovinanın prezidenti Bakir İzetbeqoviçlə görüşdüyünü bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Bosniya dövlətlərinin qardaş ölkələr olduğunu da söyləyib: "Bosniya və Hersoqovina prezidenti bu ilin oktyabr ayında Azərbaycana səfər edəcək. İnanıram ki, bu səfərdə sonra iki qardaş ölkə arasında əlaqələr daha da genişlənəcəkdir", - deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə