Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək mərhum prezident, ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. SİA-nın xəbərinə görə, sonra Şəhidlər xiyabanına gələn türkiyəli qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə gül dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB