"İRƏLİ" İctimai Birliyi Rusiya Federasiyasının Azərbaycanda fəaliyyət göstərən səfirliyinə
Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı
məktubu təqdim edib. SİA-nın xəbərinə görə, Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vladimir Doroxinə ünvanlanan məktubda qeyd olunur:
\"İRƏLİ" İctimai Birliyinin üzvlərini Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində
çoxsaylı insan tələfatı ilə bağlı xəbər kədərləndirdi. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür,
bütün həlak olanların doğmalarına və yaxınlarına, dost Rusiya xalqına Azərbaycan gəncləri
olaraq dərin hüznlə başsağlığı verir və xəsarət alanların ən yaxın zamanda sağalmalarını
diləyirik\".
Qeyd edək ki, Rusiya Federasiyasının Krasnodar diyarında baş vermiş təbii fəlakət nəticəsində
134 nəfər dünyasını dəyişib. Azərbaycan hökuməti faciə ilə əlaqədar qonşu dövlətə humanitar
yardım göndərib. 9 iyul Rusiya Federasiyasında matəm günü elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB