Cəbhə bölgəsində əsgərlərlə görüş keçirilib

Cəbhə bölgəsində əsgərlərlə görüş keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Təmas xəttində yerləşən \"N\" saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, incəsənət ustaları, idmançılar və medianın iştirakı ilə baş tutan səfər Füzuli rayonunda yerləşən "N"saylı hərbi hissəyə təşkil olunmuşdu. İlk olaraq iştirakçılar hərbi hissədə yaradılan şəraitlə tanış olub. Bundan sonra isə, musiqiçilər ifaları ilə əsgərləri şənləndirib. Kəşfiyyat bölüyünün əsgərləri hərbi idman bacarıqlarını nümayiş etdirib. Daha sonra isə göstərdiyi nümunəvi qulluğa görə, bir neçə hərbi xidmətçiyə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları təqdim olundu. Təqdimat mərasimində çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov əsgərlərlə cəbhə bölgəsində birlikdə olmaqdan şərəf duyduğunu ifadə edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın hərbi qüdrətinin inkişafının göz qarşısında olduğunu vurğulayıb. Əsgərlərə səsələnən Raqif Abbasov fikrini bu sözlərlə bitirib: "Nə xoşbəxt o valideynə ki, onun övladı Azərbaycan bayrağını Xankəndinə sancacaq".

Məlumat üçün bildirək ki, iştirakçılar hərbi hospitala baş çəkərək burdakı yaralı və xəstə əsgərləri ziyarət edib. Daim əsgərlərin sağlamlığının qulluğunda duran həkimlərə fəxri fərman və hədiyyələr təqdim olunub. Bundan sonra isə, ön cəbhəyə yollanaraq burdakı Azərbaycan oğullarının vətənin keşiyində necə ayıq-sayıq olduqlarının şahidi olublar. Gənc ifaçı Səfurə Əlizadə isə səngərlərdə qulluq edən əsgərlər üçün \"Sarı Gəlin\" mahnısını ifa edib.

Qeyd edək ki, "N" saylı hərbi hissədə keçirilən son görüşdə isə, jurnalistika fəaliyyəti sahəsində gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin geniş işıqlandırılmasına və Milli Mətbuat günün 137-ci ildönümü münasibətilə bir qrup jurnalistlərə fəxri fərmanla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə