“Azərbaycan - doğma diyarımdır”

“Azərbaycan - doğma diyarımdır”

Gənclər və İdman Nazirliyi tərəfindən iyunun 14-dən başlayaraq Quba və İsmayıllı rayonlarında, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün "Azərbaycan - doğma diyarımdır" adlı vətənpərvərlik yay- istirahət düşərgələri fəaliyyətə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşərgələr əsasən gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilir.

10-günlük növbələr üzrə keçirilən və iyul ayının sonlarına kimi davam edəcək düşərgələrin proqramına uyğun olaraq gənclər mənalı istirahət etməklə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə də yaxından tanış olur, müxtəlif mövzularda keçirilən mühazirələrdə, idman və stolüstü oyunlar üzrə, eyni zamanda intellektual yarışlarda, diskotekalarda,gəzintilərdə yaxından iştirak edirlər. Ümumilikdə 4 şəhər və rayonda təşkil edilən düşərgələrdə 2200-dək gəncin iştirakı planlaşdırılır. Cari ilin avqust ayından isə Qax rayonunda da eyniadlı düşərgələrin təşkil edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə