Azərbaycan və Türkiyə nazirləri görüşəcək

Azərbaycan və Türkiyə nazirləri görüşəcək

İyulun 11-də Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. SİA-nın xəbərinə görə, səfər çərçivəsində iyulun 12-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovla Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri Faruk Çelik arasında görüş keçiriləcək.

Daha sonra iki qardaş ölkənin nazirlikləri arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçiriləcək. İclasda Birgə Daimi Komissiyanın 17 may 2010-cu il tarixdə keçirilən altıncı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə ediləcək. Tərəflər əmək, sosial müdafiə, məşğullluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparacaq.

Sonda iclasın nəticələrinə dair hər iki dövlətin müvafiq qurumları arasında Protokol imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə