Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbinin ikinci qrupu öz işini Lerik rayonunda davam etdirir. SİA-nın verdiyi məlumata görə, \"Yay məktəbi\"nin üçüncü günündə qrup rəhbəri, Yeni Azərbaycan Partiyasından millət vəkili olan Sahibə Qafarovanın iştirakı ilə günün birinci yarısında "Siyasət haqqında nəzəri biliklər, siyasətin tərkib hissələri" mövzusunda mühazirə deyib.
Moderator Vüsalə Niftəliyeva mühazirəni giriş sözü ilə açaraq YAP fəallarına siyasət haqda qısa məlumat verib. Müasir dünyamızda siyasətin üç vasitə ilə həyata keçirildiyini deyən mühazirəçi qeyd etdi ki, bunlar siyasi münasibətlər, siyasi inistutlar və siyasi ideologiyadır.
Sadalanan vasitələr təhlil ediləndən sonra gənc fəallar və millət vəkili Sahibə Qafarova məsələ ilə bağlı öz fikirlərini bildiriblər. Millət vəkili bildirib ki, siyasət geniş məfhum olmaqla bərabər eyni zamanda dar mənada da başa düşülür: "Siyasət əslində düzgün, təmiz olmalıdır. Amma bəzi ölkələr də var ki, buna çirkinlik qatıb. Buna ən bariz nümünə kimi işğalçı Ermənistanı göstərə bilərik. Yəni siyasət yalanlarla həyata keçirilit və bu da məqsədli şəkildədir".
V.Niftəliyeva daha sonra YAP fəallarına daxili və xarici siyasətdə canlı və cansız siyasi vasitələr(SV) haqda məlumat verib. O, qeyd edib ki, canlı SV-lər dövlət rəhbəri, nazir və nazirliyin idarə və şöbə rəhbərləri, dövlət katibi, departament əməkdaşları, səfir, konsul, atteşe, elçi və sairlərdir. Cansız SV-lərə isə müqavilələr, referendumlar, sənədlər, protokollar, aktlar və digər belə sənədlər daxildir.
Bundan sonra Azərbaycanın daxili siyasəti və onun şərtləri barədə məlumat verilib, dövlət strategiyasından danışılıb. YAP Samux rayon Gənclər Birliyinin üzvü Ceyhun Həsənov çıxış edərək bildirib ki, dövlətçilik strategiyası təminedici, hərəkətləyici, idarəedici, qoruyucu funkusiyasını terinə yetirir: "Haqqında danışılan strategiya baza strategiyası olaraq adətən dəyişməyən xususiyyətlərə malik olur. Onun tərkibinə daxil olan elementlərin, hissələrin bəzilərinin tərkibində şəraitə, zamana, reallığa və tələbata uyğun olaraq dəyişiklik etmək olur. Məsələn, konustitusiya islahatları zamana uyğun aparıla bilər. Lakin dövlətçilik strategiyasının ümumiyyətlə, tərkib elementlərini dəyişmək olmaz. Buna misal olaraq isə deyə bilərəm ki, konustutisiyasız, rəsmi dilsiz, dövlət quruluşusuz, milli valyutasız, xalqsız, vətəndaşsız, ərazisiz və s vəziyyətlərdə dövlətin mövcudluğundan söhbət gedə bilməz. Biz dövlətçilik nəzəriyyəsində strateji fəaliyyət planını unuda bilmərik. Bu amilin çox təsiredici fəaliyyəti var. Burada ən əsası iqtisadiyyat strategiyasıdır. Ümummilli liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir ki, "istisadiyyadı güclü olan dövlət hər şeyə qadirdir". İqtisadiyyat sahəsində nəzərdə tutulan 10 illik fəaliyyət planı böyük və təsiredici nəticələr əldə olunmazsa sosial sahə strategiyasını hazırlamaq yersizdir. Eləcə də bir sahədə nəzərdə tutulan siyasi strategiya vaxtında yerinə yetirilməsə bu amil bütün sahələrə təsir edir. Mən bir gənc olaraq inanıram ki, bizim 2020-ci il strategiyamız çox uğurla həyata keçiriləcək. Çünki bizim güclü iqtisadiyyatı olan dövlətimiz var. Bu dövlətin başında çox bacarıqlı, mükəmməl keyfiyyətlərə malik olan prezidentimiz durur. Biz gənclər prezidentimizlə çox zirvələri fəth edəcəyik".
Daha sonra dünyanın tanınmış səxslərinin siyasət haqda dedikləri maraqlı aforizimlər dinlənilib müzakirə və təhlil edildi, liderlik keyfiyyətlərindən söhbət açılıb.
Təqdimatların qiymətləndirilməsinə münasibət bildirən Yasamal rayon Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov qeyd edib ki, YAP-ın həyata keçirdiyi Yay məktəbləri gənclərdə liderlik keyfiyyətlərinin formalaşması istiqamətində onlara böyük imkanlar yaradır: "Bu kimi seminar və müzakirələr gənclərin həm siyasi biliklərini artırır, həm də azad müzakirələrdə fəal iştirakını təmin edir. Mən inanıram ki, burada əldə etdiyimiz biliklər biz gənc siyasi fəalların gələcək siyasi fəaliyyətində əsas rolu oynayacaq. Düşünürəm ki, bu kimi mövzuları nəinki belə yay məktəblərində hətta rayon təşkilatlarının gənclər birliklərində də keçirmək lazımdır. Burada \"Yay məktəbi\"ndə iştirak etməyən gənc fəallar da müzakirələrdən yararlana bilər".
Bundan sonra \"Yay məkdəbi\"nin iştirakçıları arasında "Kim, harda, necə?" intellektual oyunu keçirilib.
Taleh Bağırov, "İki sahil", Lerik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB