Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avstriyaya səfərə gedib. MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, M. Pənahov iyulun 12-də və 13-də Avstriyada səfərdə olacaq. Səfərdə məqsəd Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) "Demokratik seçkilər və seçkilərin müşahidəsi" mövzusunda Avstriyanın paytaxtı Vyanada ATƏT-in Əlavə İnsan ölçüsü görüşü ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etməkdir.
Səfər zamanı MSK sədrini Katibliyin müdiri Rövzət Qasımov müşayiət edəcək. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB