ABŞ PA rəsmisi Əli Həsənovun vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşünü alqışlayır

ABŞ PA rəsmisi Əli Həsənovun vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşünü alqışlayır

ABŞ-ın Azərbaycandakı Müvəqqəti işlər vəkili Adam Sterlinq ABŞ dövlət departamentinin İnsan Hüquqlarına dair 2012-ci ilin hesabatını müzakirə etmək məqsədi ilə İnsan Hüquqları müdafiə qrupları, vətəndaş cəmiyyəti və Azərbaycan hökumətini təmsil edən nümayəndələrini qəbul edib. SİA-nın xəbərinə görə dəyirmi masanın iştirakçıları mətbaut azadlığı, qanun aliliyi, məişət hüquqları və hökumətlə vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiə imkanları daxil olmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsini müzakirə ediblər.

Dəyirmi masada çıxış edən Adam Sterlinq bilidirib ki, azad mətbuat, fəal vətəndaş cəmiyyəti və qanunun aliliyi demokratiyanın ayrılmaz hissəsidir: "Azərbaycanda insan hüquqlarına diqqəti artırmaq məqsədi ilə, biz Azərbaycan hökuməti, mətbuat və vətəndaş cəmiyyətindən olan tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik. Ötən ilin dekabr ayında Prezident İlham Əliyev Azərbaycanda insan hüquqlarının qorunmasını təkmilləşdirmək üçün Milli Fəaliyyət Planını imzalayıb. Biz bu fəaliyyət planının niyyətini alqışlayırıq. Eyni zamanda bu yazın əvvəli Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin təşkil etdiyi bir neçə etiraz aksiyasına icazə verib. Bu yaxşı başlanğıcdır. Biz həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bu yaxınlarda vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirdiyi görüşü əvvəlcədən arzulayırdıq. Ümid edirik ki, bu, davamlı və konsrtruktiv dialoqun başlanğıcı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə