YAP-ın fəal gəncləri Oğuzda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər - YENİLƏNİB - FOTOLAR

YAP-ın fəal gəncləri Oğuzda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər - YENİLƏNİB - FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün "Yay məktəbi" çərçivəsində Oğuz şəhərində II tur davam edir. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərlik etdiyi gənc fəallar qrupu II turun 3-cü günündə bir sıra tədbirlərdə iştirak ediblər. İlk olaraq gənclər ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.

Daha sonra gənc siyasətçilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotolarla tanış olublar. Gənc siyasətçilərə ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumat verilib.

Ekskursiyaya xoş təəssüratlarla davam edən gənclər şəhərin bir sıra tarixi abidələri və mədəniyyət ocaqları ilə yaxından tanış olublar.

Belə ki, gənclər ilk olaraq Şəki şəhərində yerləşən möhtəşəm tarixi abidə olan Şəki Xan Sarayında olublar. Gənc siyasətçilərə sarayın tarixi haqda ətraflı məlumat verilib. Daha sonra gənclər sarayın həyətində qədim tarixi eksponatlardan ibarət sərgiyə baxış keçiriblər. Onlar "Yay məktəbi" layihəsi çərçivəsində bir çox sahədə irəliləyişlərə nail olduqlarını dilə gətiriblər. Belə ki, ölkədə gedən ictimai-siyasi proseslərdə iştirak etməklə yanaşı, eyni zamanda gənclər tarixi abidələr və mədəniyyət ocaqları ilə yaxından tanış olmaqla mədəni təfəkkürlərini də inkişaf etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə