91 əcnəbi saxlanıldı

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 91 əcnəbi saxlanılıb. SİA-nın DMX-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2-7 iyul 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 91 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə