11 iyul Ümumdünya Şokalad Günüdür (World Chocolate Day). 1995-ci ildə ilk dəfə fransızlar tərəfindən düşünülən bu "şirin tarix" dünyanın bir çox yerində qeyd edilir.
Belə bir fikir var ki, dünyada ilk dəfə şokalad hazırlamağı qədim asteklər öyrəniblər. Deyilənə görə, onlar bu şirin məhsulu "Allahların qidası" adlandırıblar. İspan konkistadorları ilk dəfə onu Avropaya gətirərək fiziki güjlərindən və əzələlərindən heyrət yaratmaq üçün bədənlərinə sürtüblər. Daha sonra köhnə qitədə şokalad yalnız zadəgan dairələr içərisində istifadə olunmağa başlayıb. Yalnız XX əsrdə şokaladın istehsalı kütləvi hal aldıqdan sonra onu aşağı təbəqənin adamları da öz qida rasionuna daxil edə biliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB