YAP-ın fəal gəncləri Oğuzda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Oğuz şəhərinə təşkil olunmuş II turu davam edir. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərlik etdiyi gənc fəallar qrupu II turun 3-cü günündə bir sıra tədbirlərdə iştirak ediblər. İlk olaraq gənclər ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.
SİA-nın məlumatına görə, daha sonra gənc siyasətçilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotolarla tanış olublar. Gənc siyasətçilərə ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumat verilib.
Ekskursiyaya xoş təəssüratlarla davam edən gənclər şəhərin bir sıra tarixi abidələri və mədəniyyət ocaqları ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB