Baş Prokurorluq daha bir tikinti şirkətinin sahibləri barəsində cinayət işi açıb
Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. SİA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, "Şərq-M" Mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə vətəndaşların aldadılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alğı-satqı müqaviləsi əsasında "Şərq-M" Mənzil-tikinti kooperativinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 204 saylı ünvanda inşa edilmiş 12 mərtəbəli yaşayış binasında üç mənzil alaraq kooperativə ümumilikdə 111 min 900 manat məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alğı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçiriblər.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB