\"Yay məktəbi\"nin 2-ci mərhələsinin 2-ci günü başa çatıb - FOTOSESSİYA
YAP Gənclər Birliyinin "Liderliyə gedən yol" mövzusunda təşkil etdiyi \"Yay məktəbi\"nin Oğuzda keçirilən II günündə \"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya keçirilib. SİA-nın məlumatına görə, diskussiya çərçivəsində gənclərin ölkəmizin gələcək inkişafındakı rolu müzakirə olunub.
İlk öncə tədbir iştirakçılarına noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin \"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncamın əhəmiyyəti haqda məlumat verilib. Konsepsiyanın ölkəmizdə reallaşdırılan quruculuq siyasətinin təməl prinsiplərini, dünyada ölkəmizin yerini və rolunu, dinamik inkişafın prioritetlərini özündə əks etdirdyi vurğulanıb. Daha sonra gənclərin mövzu ətrafında çıxış və təklifləri dinlənib.
Günün ikici yarsında "İKT-nin müasir imkanlarından səmərəli istifadə - sosial şəbəkələr" – haqqında seminar-diskussiya keçirilib. Seminarda Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları Üzrə Milli Strategiyasının (2003-2012-ci illər) tətbiqi və mahiyyəti haqqında məlumat verilib. Bununla yanaşı, müasir dövrdə informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu vurğulanıb. Daha sonra sosial şəbəkə nədir, səhifədə işləmək qaydaları, şərhlərin verilməsi, məlumat toplamaq, qrup və blokların yaradılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Seminarın sonunda gənclər qrup halında işə başlanılıb, ən yaxşı qrupun işi qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB