Qarabağla bağlı virtual kitabxana yaradılacaq

Qarabağla bağlı virtual kitabxana yaradılacaq
Azerbaijans.com saytı tərəfindən bir neçə aydır ki, həyata keçirilən üç layihəmiz artıq bitmək üzrədir. Layihələrdən biri www.butalife.com saytıdır. Bunu SİA-ya açıqlamasında azerbaijans.com saytının ideya müəllifi və qurucusu İlham Abdullayev deyib.


Onun sözlərinə görə, bu saytın əsas vəzifəsi ölkəmizdə internet cəmiyyəti qurmaq, ümumi marağa malik istifadəçiləri bir qrupda birləşdirmək, milli sosial şəbəkə kimi kompakt əlaqələr yaratmağa nail olmaqdır: \"İkinci bir layihə isə www.butacolor.com foto-paylaşım saytıdır. Bu sayt fotobank funksiyasını yerinə yetirəcəkdir. Qeydiyyata düşməklə istifadəçi axtarış sisteminə malik olan sayta foto yükləyə biləcək və ya istədiyi mövzuya aid fotonu əldə edəcəkdir. Üçüncü layihə isə www.azerbaijanphoto.com saytıdır ki, bu saytda ölkəmizi şəhər-şəhər, kənd-kənd vizual olaraq foto formatda tanımaq imkanı yarada biləcək bir layihədir. Bununla internet istifadəçiləri Azərbaycanın tarixi yerlərini, əsrarəngiz təbiətini virtual olaraq seyr edəcək".


İ.Abdullayevin həmçinin onu da bildirdi ki, bu üç layihə bitidikdən sonra oktyabr ayından etibarən daha dörd layihənin icrasına başlanılacaqdır: "Bu layihələr ""Virtual Qarabağ" Mərkəzi"inin yaradılması ilə bağlı bir az öncə irəli sürdüyümüz təkliflərin bir neçəsi əsasında tərtib olunub. Həmin laiyəhələr bunlardır:


1. Sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qruplarının yaradılması;

Bu layihə müxtəlif dövlətlərə və onların dillərinə uyğun olaraq sosial şəbəkələrdə təbliğat qrupları yaradılmasının, bunula da Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını nəzərdə tutur.


2. Dünyanın ali məktəb tələbələri üçün "Virtal Qarabağ tələbə forumu";

Layihə dünya tələbələri arasında Qarabağ probleminin və ona bənzər münaqişələrin müzakirəsini, öyrənilməsini və həlli istiqamətlərində araşdırmaların aparılmasını həyata keçirmək məqsədi güdür.


3. Qarabağ kəndlərinin haqqında internet resursun yaradılması;

Layihənin məqsədi işğal altında olan bütün Qarabağ kəndlərinin tarixi, coğrafiyası, özünəməxsusluğu və s. haqqında virtual ensiklopediya hazırlamaq və internet istifadəçilərinə yaşayış məskənlərimiz haqqında ətraflı informasiya verməkdir.


4. Qarabağa həsr olunmuş bütün elmi kitab, məqalələr, məcmuə və s. özündə cəmləyən ""Qarabağ" salnaməsi" adlı virtual kitabxananın yaradılması;

Bu layihə vasitəsilə həm Qarabağın tarixi, mədəniyyəti, təbiəti, həm də Qarabağ münaqişəsinin tarixi və hal-hazırkı durumu barədə geniş bilgi toplanılması və həmin materialların elektron oxunulmasını təmin etmək nəzərdə tutulub".


Qeyd edək ki, hər üç layihənin sentyabr-oktyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə