Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, publisisti, senaristi, Əməkdar Jurnalist, müstəqil Respublikanın ilk müstəqil informasiya agentliyinin ilk qadın qurucusu, İradə Vəkilovanın anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, jurnalistlər və yubiliyarın iş yoldaşları, qohumları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova İradə Vəkilovanın Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərindən danışıb. Tədbirin əhəmiyyətini qeyd edən S.Yusifova deyib ki, İradə Vəkilova bütün mənalı ömrünü Azərbaycan mətbuatının inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. Sevil Yusifova vurğulayıb ki, milli mətbuatımızın tarixində ilk informasiya agentliyinin qurucusu olmuş İradə Vəkilova bununla mətbuat tarixində öz imzasını çəkib.
Assa-İradə informasiya agentliyinə rəhbərlik etdiyi dönəmdə peşəkar kollektiv formalaşdırıb, qurucusu olduğu informasiya agentliyini dövrünün, zamanının aynasına çevrə bilib, həmin dövrdə beynəlaxlaq aləmdə Azərbaycanın haqq səsini duyura bilib. "Qarabağ müharibəsinin ilk illərində Şərqdə və Qərbdə fəaliyyət göstərən mətbu orqanlar "AssA-İradə"-yə istinad edirdilər. Çünki informasiya agentliyi artıq bu inamı qazanıb. Azərbaycanın milli mənafeyinə xidmət edən informasiyalar yayan agentliyə çevrilən "AssA-İradə" informasiya agentliyinin bir gücü də onda idi ki, İradə Vəkilova komanda ilə işləyirdi. Peşəkar, milli insanlarla birlikdə ölkəsinə xidmət edirdi. Onun ən çox güvəndiyi isanlardan biri də Fazil Abbasov idi".
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan İradə Vəkilova jurnalist qadınlar üçün ən yaxşı örnək olub. Ömür yolunun əsas hissəsini kütləvi informasiya vasitələrində quruculuğu işinə həsr etmiş İradə Vəkilovanın şərəfli həyat yolu çağdaş mətbuat tariximizin araşdırmaçıları üçün əsil mənbədir. Əsil ziyalılar bizim aramızda olmasa da onların ziyası hər zaman ətrafa işıq salır. İradə Vəkilova da işıqlı bir insan, ziyalı bir xanım idi. Onun gördüyü işləri tarix həmişə bizlərə xatırladacaq.
Sonra yubiliyarın keçmış iş yoldaşı "AssA-İardə" informasiya agentliyinin baş direktoru Fazil Güneyli (Abbasov), filologiya elmləri üzrə fəlsəfə doktoru Esmira Fuad, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Day.az" media şirkətinin direktoru Sevda Həmidova, tədqiqatçı alim İsmayıl Umudlu, qohumları adından Aygün Vəkilova, digər qonaqlar İradə Vəkilova haqqında öz xatirələrini və ürək sözlərini söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB