"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəki şəhərində təşkil etdiyi III tələbə yay məktəbi başa çatıb. SİA-ya ASC-nin mətbuat xidmətindən bildiriblər ki, tələbə yay məktəbi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası (International Dialogue for Environmental Action) ilə birgə təşkil edilib.
Yay məktəbinin məqsədi gənclər arasında "yaşıl düşüncə" tərzini formalaşdırmaq, ekologiyanın qorunmasında onların fəal iştirakını təmin etməkdir.
Yay məktəbində iştirak edən 60-dək tələbə tullantıların idarəolunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnib. Gənclərə, həmçinin "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri ölkəmizdə tullantıların idarəolunması sahəsində görülən işlər və planlaşdırılmış layihələr haqqında məlumat veriblər.
Eyni zamanda, məktəb iştirakçıları üçün iqtisadi və ekoloji təhlükəsizlik, alış-verişin ətraf mühitə təsiri və digər mövzulara dair debat turnirləri, müxtəlif idman və intellektual oyunlar, viktorinalar keçirilib. Tələbələr "yaşıl düşüncə" konsepsiyasını əyani göstərərək yalnız təkrar emal olunmuş materiallardan hazırlanmış bloknot və qələmlərdən istifadə ediblər.
Yay məktəbi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB