Ağsuda “Onun sevgi məktubları” romanının imza günü keçirilib

Ağsuda “Onun sevgi məktubları” romanının imza günü keçirilib

Ağsuda rayon mərkəzində millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın ötən ilin sonu işıq üzü görmüş və böyük oxucu marağına səbəb olmuş "Onun sevgi məktubları" romanının imza günü keçirilib. SİA-nın verdiyi məlumata görə, bunun üçün imzalamaya gələn hər kəsə xüsusi minnətdarlığını bildirən Qənirə Paşayeva kitabın da onların xoşuna gələrsə, bundan məmnun qalacağını qeyd edib.


Müəllifin imzası ilə kitab əldə edən hər kəsə xüsusi minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva oxucularla əsər ətrafında fikir mübadiləsi və müzakirələr aparıb.


Kitaba böyük maraq göstərən Ağsu rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər.


Sonda xanım yazar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə