TQDK KİV nümayəndələri arasında müsabiqə elan edib

TQDK KİV nümayəndələri arasında müsabiqə elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) KİV nümayəndələri arasında qurumun yaradılmasının 20 illiyi münasibətilə müsabiqə elan edilib. SİA-ya verilən məlumata görə, müsabiqə 2 nominasiya üzrə aparılacaq.


1) TQDK-nın təsis olunmasının 20 illiyi illiyinə həsr olunmuş ən yaxşı məqalə. Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcəkdir. Bu naminasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq.


Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər. Həmin məqalədə "müsabiqəyə təqdim olunur" yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.


2) TQDK-nın təsis olunmasının 20 illiyi illiyinə dair ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq:


Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.


Müsabiqənin nəticələri sentyabrın 1-dən 5-dək elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə