Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən müsabiqənin qalibləri elan olunub

Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən müsabiqənin qalibləri elan olunub

Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibəti ilə Türkiyə səfirliyinin Mətbuat Şurası ilə birgə elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, "Azərbaycan-Türkiyə qardaşlığından doğan əməkdaşlıq" mövzusunda elan edilmiş müsabiqəyə 29 yazı daxil olub. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan deyib ki, müsabiqə qalibləri üçün əvvəl 5 yer nəzərdə tutulsa da təqdim edilən məqalələrin keyfiyyəti nəzərə alınmaqla 9 nəfər qalib müəyyən edilib. Onun sözlərinə görə, qaliblər avqust ayında bir həftəlik İzmir şəhərinə səfər edəcəklər və buranın tarixi, gəzməli, görməli yerlərinə baş çəkəcəklər.

Müsabiqəyə kifayət qədər səviyyəli məqalələrin təqdim edildiyini deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə müsabiqə iştirakçılarının iki qardaş ölkənin əməkdaşlığının müxtəlif istiqamətlərinə həsr olunan məqalələrlə çıxış etdiklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə