“Hyatt Hotels Corporation” otellər şəbəkəsinin prezidenti ermənidir - FAKT
Amerikanın nüfuzlu "Chicago Tribune" qəzeti bütün dünyada məşhur olan "Hyatt Hotels Corporation" otellər şəbəkəsinin prezidenti və təsisçisi Mark Xoplamazyan haqqında məqalə yazıb. SİA-nın verdiyi xəbərə görə, məqalədə otelər şəbəkəsinin yaranma tarixindən söhbət açılıb.
Otellər şəbəkəsinin direktorlar şurasının sədri Tomas Pritçker onunla bağlı xatirlərində belə deyir: "O, bizim şirkətə işləməyə gələndə heç kəs onun soyadını yəni Xoplamazyan sözünü deyə bilmirdi. Odur ki, mən bunu nəzərə alaraq ona yeni soyad verdim – Şteynberq. Bu soyad daha münasib idi. Lakin əvəzində Mark mənə öz soyadının "tarixi" haqqında danışdı. Bu isə məni çox kədərləndirdi".
Mark Xoplamazyan erməni miqrantlarının nəvəsidir və otellər şəbəkəsinin müxtəlif ölkələrdə fəaliyyət göstərməsi üçün mühüm müqavilələrin reallaşmasında müstəsna rolu olub. Hazırda Mark otellər şəbəkəsinin prezidenti vəzifəsində çalışır. Xatırladaq ki, "Hyatt Hotels Corporation" otellər şəbəkəsinin Azərbaycan da daxil olmaqla dünyanın 45 ölkəsində 90 mindən çox işçisi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB