Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb-SİYAHI

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb-SİYAHI

Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Gənclər və İdman Nazirliyinin kollegiyasının 31 iyul 2006-cı il tarixli "Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış proqramların (layihələrin) qismən maliyyələşdirilməsi haqqında" qərarını və "Ekspert-Məsləhət Şurası"nın Əsasnaməsini və Əsasnamələrə əlavə və düzəlişlərin edilməsi haqqında Kollegiyanın 30 oktyabr 2008-ci il tarixli qərarını, "Gənclər siyasəti haqqında"

Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsinə əsasən Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün 16 yanvar – 16 fevral 2012-ci il tarixlərdə aşağıdakı mövzular üzrə müsabiqə keçirilib:


- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- gənclər arasında sağlam həyat tərzinin təbliği;

- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında

iştirak;

- "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər.


Müsabiqəyə 115 təşkilat layihə təqdim etmişdir. Təqdim edilən layihələrin 4-ü müsabiqənin

mövzusularına uyğun gəlmədiyindən 18 təşkilat isə gənclər təşkilatı olmadığından həmin

təşkilatların layihələrinə baxılmayıb. 93 gənclər təşkilatının layihələri müsabiqənin

şərtlərinə uyğun olaraq təhlil edilib və 57 gənclər təşkilatının layihəsinin qismən

maliyyələşdirilməsinə qərar verilib. Maliyyələşdirilən layihələrin ümumi büdcəsi 851.589

manat təşkil edir.

Gənclər təşkilatının adı

Layihənin adı

1."Demokratik Azərbaycan Naminə" Gənclər İctimai Birliyi:

"Tarix və bu gün" : müasirlik və gənclərin vətənpərvərlik düşüncəsi

2.Gənc Vətənpərvərlər Birliyi:

"Gənclərvətənpərvərlikruhunda"

3."Gənclərin Maarifləndirilməsi və Təlimi" İctimai Birliyi:

"Alınmaz qala" sənədli filmi

4.Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti:

Xocalı-əsrimizin qanlı soyqırımı

5."Gənclərin Töhfəsi" İctimai Birliyi:

Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır- devizi altında hərbi vətənpərvərlik düşərgəsi

6."Nur" Uşaq və Gənclərin İctimai Birliyi:

"Kiber-Yay" Düşərgəsi

7."Gənclərin Mədəniyyət Əməkdaşlıq Liqası" İctimai Birliyi,

"Gələcəyə İnam" Gənclər Təşkilatı,

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu:

Region gənclərinə bloqçuluq bacarıqlarının öyrədilməsi

8."Gənclər Mərkəzi"

İctimai Birliyi:

İnformasiya cəmiyyətində gənclər amili

9.Kompyuter Oyunları Milli Assosiasiyası:

GUAM dövlətlərinin gənclər forumunun informasiya mərkəzinin yaradılması layihəsinin davamı

10."Uşaq və Gənclərin İnformasiya Texnologiyaları sahəsində Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi:

Uşaq və gənclərə müasir İKT-dən istifadəsinə şərait yaradılmasına dəstək

11."Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyi:

Gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində peşə təhsilinintəşviq edilməsi

12."Gənclərin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi:

Regionlarda gənclərin məşğulluğu üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi

13."Dostluq " Gəncləri Əlaqələndirmə Mərkəzi İctimai Birliyi:

Gənclərin peşə seçimində düzgün qərar verməsi davamlı insan inkişafının əsasıdır

14.Bakı Gənclər Klubu:

Gənclər üçün Biznes məktəb və biznes plan hazırlanması qaydaları

15."Azad Gənclər"

İctimai Birliyi:

Turizmin inkişafı sahəsində gənclərinin rolunun artırılması

16."Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi:

Gənc biznesmenlər düşərgəsi

17."Gənclərin Mədəni İnkişafına Dəstək" İctimai Birliyi:

Gənclərin məşğulluğu üzrə təlim Agentliyi

18."Gənclik Təşəbbüsləri" İctimai Birliyi:

Kəndli gənclərin karyera imkanın qazanmasına dəstək

19."DAN" Beynəlmiləlçi Gənclər İctimai Birliyi:

İdman təlim düşərgəsinin təşkili

20.Azərbaycan Skautlar Assosiasiyası:

Skautların liderlik məktəbi

21.

Azərbaycan Gənclərinin Avroatlantika Təşkilatı:

Cənubi qafqazın ərazi etnik münaqişələri və Dağlıq Qarabağ problemi

22."Avropa Tələbələr Forumu - Sumqayıt" İctimai Birliyi:

(Sumqayıt)

"Odlar Yurdu - Azərbaycan" adlı beynəlxalq yay universiteti

23.Dünya Gənc Türk Yazarlar Birliyi:

Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüş

24."Xəzər" İntellektual Gənclər Klubu

İctimai Birliyi:

Universitet Ligası-faza 2

25."Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi:

Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları

26."Təkan" Tələbə Gənclər İctimai Birliyi:

Ali və orta ixtisas təhsilli müəssisələrin tələbələri azad üslub (freestyle) üzrə I yaradıcılıq "Hiphop" festivalı

27."Gənc Xəzər Mühəndisləri"

İctimai Birliyi:

AzRoboTex

28.Gənclər Təşkilatları Milli Şurası,

Dünya Türk Gəncləri Birliyi və

Azərbaycan İnkişaf Mərkəzi:

Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi

29."Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosasiyası İctimai Birliyi:

Vətənimizi öyrənək-seriyasından, Azərbaycan incəsənəti-təsviri sənət,dekorativ tətbiqi sənət, memarlıq uşaqlar üçün məlumat ensiklopediyasının ingilis dilinə tərcüməsi I cild

30."Rezonans" Gənclərin İctimai Birliyi:

"Gənclərin mənəvi və fiziki sağlamlığının qorunması üçün ictimai təşkilatlarla KİV-in birgə fəaliyyət proqramı"

31.Maarifçi Gənclər Təşkilatı:

İdman ili çərçivəsində gənc fotoqrafların sərgisinin təşkili

32.Azərbaycan QAYD Qızlar "Bikə" Birliyi:

Böhranlı psixoloji hallarda gənclərin və gənc ailələrin "İnternet TV" vasitəsilə sosial və psixoloji korreksiyası

33."Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım"

İctimai Birliyi:

Əlil və valideyn himayəsindən məhrum olmuş gənclərə online konfrans yolu ilə hüquqi yardım göstərilməsi

34."Azərbaycan Tələbələri" İctimai Birliyi:

Tələbələrin inkişafında qeyri formal təhsilin rolunun artırılması

35.Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi:

Hərbi xidmətdə olan gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə dəstək

36.Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi:

Region gəncləri arasında vətənpərvər liderlik təlimi: dünya təcrübəsi və Heydər Əliyev Məktəbi (II hissə)

37.Binəsib Uşaq və Gənclər Birliyi:

Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi

38."Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi:

(Şəki)

Uşaq evləri internatdan olan gənclərdə peşə qabiliyyətlərinin formalaşdırılması

39."Gənclərin Nailliyyəti" İctimai Birliyi:

İqtisadiyyat və İdarəetmə Yarışı

40.Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiayasiyası:

Dünyanı Gör

41."Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi:

"Gənc Təbiblər Müasir Tibbi Biliklər Naminə"

42."Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi:

"Gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək"

43."Sağlam Düşüncə" Gənclər Təşkilatı:

(Sumqayıt)

Beynəlxalq gənclər mübadiləsində Azərbaycan gənclərinin iştirakının artırılması

44."Gəncliyin Şöləsi" İctimai Birliyi:

Gənclər sülh quruculuğu naminə fəaliyyətdə adlı gənclərin mədəniyyətlərarası və dinlərarası beynəlxalq simpoziumu

45."Gənclər Arasında Mübadilə" İctimai Birliyi:

Regionlarda gənc təlimçi şəbəkəsinin potensialının gücləndirilməsi

46.Azərbaycan Gənclər İttifaqı:

Regionlardakı gənclər arasında fövqəladə hallarda təhükəsizlik tədbirləri haqqında biliklərin verilməsi

47."Uşaq və Gənclərin Tərəqqi Mərkəzi" İctimai Birliyi:

Gənclərin sağlamlığı uğrunda

48."Resurs" Gənclərin İnkişafı İctimaı Birliyi:

Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi məqsədilə narkomaniya və digər zərərli vərdişlər əleyhinə mədəni-kütləvi aksiyaların və təşviqat kampaniyalarının keçirilməsi

49.Gənc İstedadlara Dəstək Fondu:

(Sumqayıt)

Gənclik şəhərinin sağlam gəncliyi olmalıdır

50.Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı:

Cənub gəncliyi sağlam həyat tərzini seçir

51."Gənclər Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyi və

Azərbaycan İnkişaf Mərkəzi:

Gənclər arasında tütünə qarşı mübarizə işinin təşkili

52."Bizim Gənclik" İctimai Birliyi:

Dünyaya sağlam baxış

53."Gənclərin Anti-Narkomaniya "

İctimai Birliyi:

(İsmayıllı)

İsmayıllı rayonunda gənclər arasında sağlam həyat tərzinin təbliğinə təşəbbüs

54."Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası:

(Lənkəran)

Cənub bölgəsində narkomaniya və HİV/AIDS-ə qarşı mübarizə

55."Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi:

Gənc ailələr üçün yay məktəbi

56."Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi" İctimai Birliyi:

Cəzaçəkmə müəssisələrindən azad olan gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək

57.Azərbaycan Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti:

İdeya Qazandı.

Bütün xəbərlər Facebook səhifəmizdə