İnsan haqlarına həsr olunan filmlərin çəkilişinə start verilir

İnsan haqlarına həsr olunan filmlərin çəkilişinə start verilir

Media Hüquqları Mərkəzi (MHM ) insan haqlarına həsr olunmuş qısametrajlı filmlərin çəkilişini elan edir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, filmlər Azərbaycanda insan haqları ilə bağlı problemləri əhatə edəcək mövzulara həsr olunacaq. Filmlərin çəkilişində janrların seçim azadlığı iddiaçıların ixtiyarına veriləcək. Təşəbbüs göstərən gənclərə təşkilat tərəfindən texniki , informativ və yaradıcı dəstək veriləcək. Filmlərin çəkilişi ilə bağlı təşkilatın ofisində informasiya sessiyaları təşkil olunacaq.


Filmlər www.FreeSpace.az saytında iki dildə - Azərbaycan və ingilis dillərində yayımlanacaq.

Fəaliyyətin sonunda filmlərin təqdimat mərasimi keçiriləcək.

Müraciət etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:


Azərbaycan vətəndaşı olmalı;

Yaradıcı olmalı;

İnsan haqları və nyu-media ilə işləməyə marağı və həvəsi olmalı;

Gələcəkdə bu sahədə işləmək təşəbbüsü istiqamətində təkliflərə malik olmalı;

Çəkiləcək filmlər aşağıdakı tələblərə cavab verməlidir:

Mövzu Azərbaycanda insan haqları ilə bağlı problemləri əhatə etməlidir;

Filmlərin müddəti qısa olmalıdır – (3-5, 4-6 dəqiqə - bundan az ola da bilər, amma çox

olmamalıdır);

Janr seçimi sərbəstdir;


İddiaçılar [email protected] ünvana özləri haqqında məlumatları göndərə bilərlər.

Əlaqə telefonları:

497 87 54

Ünvan: Bakı şəhəri, İçəri Şəhər, Kiçik Qala küçəsi, 128/7. AZ 1000

Bütün xəbərlər Facebook səhifəmizdə