ATƏT-in Monako bəyannaməsi!

ATƏT Parlament Assambleyasının Monakoda keçirilən plenar sessiyasında Monako Yekun Bəyannaməsi qəbul olunub. SİA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bəyannamədə ATƏT regionunda təhlükəsizliyin təmin olunmasının yolları göstərilib, üzv ölkələrin hökumətləri və parlamentlərinə insan haqları, hərbi sahədə şəffaflıq və qlobal maliyyə böhranı ilə əlaqədar fəaliyyət planları tövsiyə edilib.

Sənəddə 2013-cü ildə ATƏT-ə sədrlik edəcək Ukraynadakı vəziyyətə xüsusi diqqət yetirilib. Bəyannamənin siyasi məsələlər və təhlükəsizlik bölmələrində ATƏT məkanında hələ də yeni gərginlik ocaqlarının yaranmasına gətirib çıxaran, sosial-iqtisadi inkişafa mane olan həll edilməmiş münaqişələrin qalması təəssüflə qeyd olunur. ATƏT PA üzvləri bu cür münaqişələrin sülh yolu ilə həlli üçün səyləri artırmağın vacibliyini və bu məsələdə parlamentlərin fəallıq göstərməsinin əhəmiyyətini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə