Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirlərinin müavinləri Marta Dassu və Claudio di Vicenteni qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, Cənubi Qafqaz və Yaxın Şərq regionunda cərəyan edən proseslər, eləcə də regional enerji layihələri müzakirə edilib.
E. Məmmədyarov TANAP kəmərinə dair imzalanmış müqavilənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli addım olduğunu bildirib.
Tərəflər həmçinin, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi məqsədilə biznes forumların və qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB