DSX tərəfindən iyun ayında axtarışda olan 53 nəfər saxlanılıb

DSX tərəfindən iyun ayında axtarışda olan 53 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilib və iyun ayı ərzində aşağıdakı nəticələr əldə olunub.

DSX-nin mətbuat mərkəzindən SİA -ya verilən məlumata görə, dövlət sərhədini pozduqları üçün 38 halda 53 nəfər saxlanılıb. Tutulan sərhəd pozucularının 39 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam respublikası, 2 nəfəri Gürcüstan, 1 nəfəri Moldova, 1nəfəri isə Türkiyə vətəndşı olub. Sərhəd rejim qaydalarını pozduğuna görə, 5 halda 10 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını isə pozarkən 24 halda 40 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 184 nəfər saxlanılaraq isə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 7 halda 1 kiloqram 543 qram narkotik maddə aşkar edilərək,dövlət sərhəddindən keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaşxaş 2012" şərti adı altında keçirilən tədbirlər nəticəsində Şəki, Lerik, Balakən və Zaqatala rayonlarının ərazilərində 11,3 hektar sahədə yabanı halda bitmiş 17 min 455 kiloqram çətənə və xaş-xaş kolları aşkar edilərək məhv edilib.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən ölkəmizə məxsus 3 gəmiyə və 24 qayığa baxış keçirilib, dənizdən 1750 metr tor, 2 ədəd qayıq, gəmi və qayıqlardan 885 ədəd araq, 59 ədəd pivə, 100 litr benzin, 1 ədəd GPS, 2 ədəd mühərrik, 2 ədəd mobil telefon, 1 cüt ayaq pəri aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 42 halda ümumi dəyəri 292 min 713 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, TOZ-8 tüfəngi üçün 5 ədəd patron və s. məhsullar saxlanılıb
.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə