Dünən axşam saatlarından başlayan güclü yağış Göygöldə bir sıra fəsadlara yol açıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, rayonun küçələri və avtomobil yollarını yağış nətiğəsində yaranana sel suları demək olar ki, yuyub. Bundan əlavə evləri su basıb
Əhali axşam saatlarından bu vaxtlara kimi mənzillərini sel sularınından təmizhləməyə çalışır. Yağış o qədər güclü olub ki, hətta daş hasarları da uçurub.
İlkin statistik məlumatlara görə, təxminən 30-a yaxın mənzilə ziyan dəyib. Eyni zamanda 10 küçə də təbii hadisə nəticəsində ziyan görüb. Rayon İcra Hakimiyyətindən isə bildirirlər ki, vəziyyətlə bağlı araşdırmalar aparılır və bundan sonra rəsmi rəqəmlər açıqlanacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB