\"Yay məktəbi\"-nin növbəti mərhələsinə start verildi

\"Yay məktəbi\"-nin növbəti mərhələsinə start verildi

YAP-nın "Yay məktəbi" layihəsinin növbəti mərhələsi Oğuzda öz işinə başlayacaq. SİA-nın yay məktəbində iştirak edən müxbirinin verdiyi məlumata görə, layihədə iştirak edən YAP gəncləri bu gün səhər saatlarında partiyanın qərargahının önündən avtobuslarla yola düşüblər.

Layihə çərçivəsində hər dəfə olduğu kimi, gənclər arasında müxtəlif mövzular müzakirə olunacaq, bir sıra diskussiyalar təşkil ediləcək. Layihə çərçivəsində gənclərin ölkədə gedən ictimai-siyasi proseslərdə iştirakına şərait yaradılacaq və bir sıra önəmli məsələlərdə onların fikirləri müzakirə ediləcək.


Məlumat üçün qeyd edək ki, bir sıra YAP rəsmilərinin və millət vəkillərinin də iştirak edəcəyi layihəyə müxtəlif bölgələrdən 600-dən çox gənc cəlb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə