ABŞ-da səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nyu-Yorkda fəaliyyət göstərən Türküstan dərnəyinin yönetim qurumunun üzvü, Türk Amerikan Dərnəklərinin baş katibi Turan Ayaz və üzvləri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. ABŞ-da harada doğulmasından asılı olmayaraq minlərlə türk əsilli insanların yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.
Nyu-Yorkda fəaliyyət göstərən Türküstan dərnəyinin yönetim qurumunun üzvü, Türk Amerikan Dərnəklərinin baş katibi Turan Ayaz bu istiqamətdə görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar verib, ətraflı fikir mübadiləsi aparılıb. O, millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndirib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB