Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbinin 1-ci mərhələsi başa çatıb. SİA-nın verdiyi məlumata görə, iyulun 2-dən 7-dək Lerik rayonunda olan partiyanın fəal gəncləri 5 günlük aktiv fəaliyyətdən sonra paytaxta qayıdıblar. Səfər müddətində Lerik rayonun bir çox tarixi yerləri, qədim abidələri ilə yaxından tanış olan gənclərimiz "Yay məktəbi"nin onların həyatında əhəmiyyətli iz buraxdığını xüsusi qeyd ediblər.
Gənc siyasətçilər layihənin planına uyğun olaraq "Azərbaycan-2020: gələcəyə baxış inkişaf konsepsiyasında gənclərin rolu", "İnformasiya texnologiyaları imkanlarından səmərəli istifadə, sosial şəbəkələr", Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat təşviqat işi" mövzularında keçirilən tədbirlərdə aktiv iştirak ediblər.
Ümumiyyətlə, qeyd edək ki, "Yay məktəb"ləri iki rayonda - Lerik və Oğuzda təşkil olunub. Ümumilikdə 600 gəncin bu tədbirlərdə iştirakı edəcəyi gözlənilir. Gənclərdən 200 nəfəri ölkənin ayrı-ayrı regionlardan, kənd rayonlarından, eləcə də Naxçıvan Muxtar Respublikasından, digər 400 nəfəri isə Bakıdan və Sumqayıt şəhərlərindən təmsil olunurlar.
MAMED BAĞIROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB