Azərbaycanda saxta yolla ipoteka krediti götürülməsi faktı aşkarlanıb

Azərbaycanda saxta yolla ipoteka krediti götürülməsi faktı aşkarlanıb

\"Kapital Bank\"ın şöbə müdiri başda olmaqla bir qrup şəxsin saxta üsullarla ipoteka krediti götürməsi faktına görə cinayət işi başlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Amil Abdullayevin \"Kapital Bank\" ASC-nin şöbə müdiri Fərid Bəxtiyarov ilə cinayət əlaqəsinə girərək \"Nur\" MMC-dən mənzil alması və neft şirkətində işləməsi barədə saxta arayışlar əldə edərək, qayınatası Məhəmməd Əhmədova məxsus Binəqədi rayonundakı mənzili girov qoyaraq \"Azərbaycan Beynəlxalq Bankı\" ASC-nin Yasamal filialından 44000 manat ipoteka krediti götürərək mənimsəmələri DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə